ŞİRKƏT HAQQINDA

 

Taksi Plus, nəqliyyat sektorunda xidmət göstərən tam avtomatlaşdırılmış şirkətdir. Müştərilərimizə İsveçrə saatları keyfiyyətinə uyğun yüksək keyfiyyətli xidmət təqdim edirik.

Taksi Plus komandası şirkətin xidmətlərini * 5111 çox kanallı telefon nömrəsindən istifadə etməklə həyata keçirir. Bizim üçün üç əsas iş amili vacibdir - keyfiyyət, dəqiqlik və nəzakət. Bakıda taksi bir lüks deyil, gündəlik zərurətdir.

Tariflərimiz rahatlığı, dəyəri və potensialını dəyərləndirənlər üçün nəzərdə tutulmuşdur. Ünvana operativ çatmanız, xidmətin yüksək səviyyədə təmin edilməsi, sürücülərin peşəkar xidmət aparması və.s üçün şirkətimizdə bu sahədə uzun müddət iş təcrübəsi olan mütəxəssislər çalışır. Sifarişlər təcrübəli dispetçerlər tərəfindən qəbul edilir. Sürücülərimiz peşəkar və təcrübəli insanlardır. Nəticə olaraq mümkün qədər qısa müddətdə və maksimum rahatlıqla istədiyiniz yerə taksi alıb istifadə edə bilərsiniz.

Taksi Plus Bakı və regionda geniş çeşidli yüksək keyfiyyətli və etibarlı xidmət göstərir. İnanırıq ki, dünyanın ən inkişaf edən paytaxtlarından olan Bakıda taksi xidməti hər kəs üçün əlçatan olmalıdır. Biz xidmət göstərərkən müştərilərin arzu və istəklərini nəzərə alırıq. Biz işimizə çox diqqətlə yanaşır və müştərilərimizin hər birinə kömək etməkdən məmnun oluruq.

Respublikanın rayonlarına səyahət etmək və ya hava limanına getmək üçün xüsusi avtomobillərimiz təqdim olunur. Həmçinin digər ölkələrdən gələn qonağlarınızın qarşılanması və lazımi ünvanlara çatdırılması üçün bizə sifariş versəniz, siz və qonağlarınız şirkətin faliyyətindən tam razı qalacağsınız.

Yüksək texnologiyalar və tam avtomatlaşdırma prosesində tıxaclarla olan vəziyyətə nəzarət mümkünləşib. Bakıda bir çox taksi xidməti bu problemə diqqət yetirmir və sonradan müştərilərini itirir. Biz çox ciddi olaraq yollarda tıxacların işimizə minimal təsirini həyata keçiririk. Dispetçer xidməti real vaxta uyğun olaraq Bakıda yolların vəziyyətinə nəzarət edir və sürücülərə məlumat ötürür.

Onların peşəkarlığı sayəsində sürücülərimiz ən qısa müddətdə sərnişinləri ünvana çatdırırlar. Marşrut ən qısa zamanda sistem proqramı ilə hesablanır. Şirkətimiz olduqca gənc olmasına baxmayaraq bu sahədə bütün yenilikləri və nailiyyətləri əldə etməyi bacarıb. Biz müxtəlif növ xidmətlər təqdim edirik: Taksi, Minibus, Kuryer, və daha çox xidmətlər. Şirkətimiz respublikada fəaliyyət göstərən şirkətlərə xüsusi təkliflər təqdim edir.

 

Bizim üstünlüklərimiz:

1. Hər klassda avtomobillər təqdim edirik.

2. Müştəri gedəcəyi yeri dəqiq bilməsə belə sifariş qəbul edirik.

3. Ünvana vaxtında avtomobil göndəririk.

4. Dispetçer dəqiqliyini təmin edirik.

5. Dürüst tarif planları təqdim edirik.

6. Təcrübəli sürücülərlə çalışırıq.

7. Xüsusi paketlər yaratmışıq(Dayə xidməti, ailə xidməti, şəxsi sürücü xidməti).

 

Şirkətimizin xidmətlərindən istifadə etməyi təklif edirik. İşimizdən razı qalacağınıza əminik və düşünürük ki, "Taksi belə olmalıdır!" Şəhərin ritmi ilə yaşayarkən Taksi Plus xidmətindən istifadə edin! Şirkətimizlə əməkdaşlıq üçün zənglərinizi gözləyirik.

Biz sizin üçün çalışırıq.

SÜRÜCÜLƏRİN İŞƏ QƏBULU BARƏDƏ QISA MƏLUMAT :

Sürücülərin əməkdaşlıq etməyi üçün tələb ounan sənədlər:

1. Şəxsiyyət vəsiqəsi

2. Sürücülük vəsiqəsi

3. N/V qeydiyyat şəhadətnaməsi

4. VÖEN

5. Fərqlənmə nişanı

Ətraflı məlumat üçün əlaqə nömrəsi +994 55 250 5111
*5111

Copyright © 2018 Home Service Plus LLC. All Rights Reserved | Design by Nadir Gafarly